İbrahimbəyov Bakıya gələndə kimsə soruşmadı ki... - Deputat

İbrahimbəyov Bakıya gələndə kimsə soruşmadı ki... - Deputat Mövzunun seçilməsi və layihənin hazırlanmasında iştirakımız olub. Əlbəttə, problemlər var və bunlar da müzakirə edilməlidir.
Faktaz.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri BAXCP sədri Qüdrət Həsənquliyev “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda müzakirə zamanı deyib.
BAXCP sədri YAP-ın icra katibi Əli Əhmədova son müsahibəsinə görə təşəkkür edib.
Qüdrət Həsənquliyev əlavə edib ki, siyasi proseslərə kənar müdaxilə hər zaman aktual olub: “Prezident seçkilərində İbrahimbəyov Azərbaycana gəldi, hamı onun başına toplaşdı. Sonda nə baş verdi? Bir adam ondan soruşmadı ki, hansı ölkənin vətəndaşısan? Biz bunları görə-görə gəlmişik.
Sərdar Cavadoğlunun narazılığına cavab olaraq deyirəm ki, bəyanat layihəsi heç də birbaşa seçkilərlə bağlı deyil.

Oxşar xəbərlər