“Anar Bağırovun açıqlamasını gözləyirəm”

“Anar Bağırovun açıqlamasını gözləyirəm” Vəkillər Kollegiyasının qərarı ilə fəaliyyəti 1 illik dayandırılan Adil İsmayılov bununla bağlı ilk açıqlamasını verib.
Faktaz.com-un verdiyi xəbərə görə, A.İsmayılov bildirib ki, ona təsəlli vermək, keçmiş olsun deyə şərhlər yazmağa ehtiyac yoxdur: “Narahatlığa heç bir əsas yoxdur. Vəkillə Kollegiyasında baş verənlərlə bağlı sədr Anar Bağırovun rəsmi açıqlamasını gözləyirəm. Ondan sonra mən də məsələyə münasibət bildirəcəm.

Mən sağ-salamatam, heç bir problemim yoxdur. Səbirlə Anar Bağırovun açıqlamasını gözləyirəm. Susacaqsa, bunu razılıq əlaməti kimi dəyərləndirib münasibət bildirəcəm”.

Oxşar xəbərlər