Bakılı namizəd Sankt-Peterburqun qubernatoru seçildi

Bakılı namizəd Sankt-Peterburqun qubernatoru seçildi Bakılı namizəd Aleksandr Beqlov Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən qubernator seçkisində liderdir.

Faktaz.com xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, səslərin 95%-i artıq hesablanıb.

Müstəqil namizəd olan A.Beloq 64,58%, onun rəqibləri Ədalətli Rusiya Partiyasının namizədi Nadejda Tixonova 16,87%, Vətəndaş Platforması Partiyasının namizədi Mixail Amosov isə 15,9% səs toplayıb.

Qeyd edək ki, Aleksandr Beqlov 1956-cı il 19 mayda Bakıda anadan olub.

Oxşar xəbərlər