Ağdam icra başçısı Vaqif Həsənov xidməti avtomobili ilə bahalı oteldə kef çəkir

Ağdam icra başçısı Vaqif Həsənov xidməti avtomobili ilə bahalı oteldə kef çəkir İcra başçılarının tətil günlərində xaricdəki kurortlara üz tutmaları haqda yəqin ki, hamımızın xəbəri var. Ən müxtəlif mənbələrdən redaksiyamıza icra başçılarının əksərinin tətil günlərində çalışdıqları rayonlarda olmadıqları, xaricə istirahətə getdikləri barədə xəbərlər daxil olur.Lakin bu dəfə Ağdam rayon icra başçısı Vaqif Həsənov kameralarımıza tuş gəlib . Beləki Agdam rayonuna yeni təyin olunan icra başçısı Vaqif Həsənov rayonların birində istirahət edərkən əməkdaşımızlarımız tərəfindən görüntülənib. Düzdü əslində hamının istirahət etmək hüququ olduğu kimi Vaqif müəllimin də belə bir haqqı var. Amma? Elə Əmması da burdadır ki, Vaqif Həsənov kef eləmək üçün düzgün tarixi seçməyib. 31 avqustda Qubadlı rayonunun işğal günündə , Qax rayonunun Səngərqala adlı otelində özünə yaxın dostları ilə yeyib içərkən qanlı – qadalı günləri yadından çıxarıb. Hələ bu azmış kimi dövlətin Vaqif müəllimə təkim elədiyi xidməti maşınla , həmin maşına dövlət büdcəsindən ayrılan yanacaqla istədiyi yerdə istidiyi kimi gedib gəzmək qadağandır. Ağdam icra başçısı Vaqif Həsənov xidməti avtomobili ilə bahalı oteldə kef çəkir Məqsədimiz Vaqif müəllimin yeyib içdiyini burnundan gətirmək deyil, (əslində buna haqqımız var) lakin heç olmasa bircə gün ölən şəhidlərin ruhuna hörmət xatirinə gözləyərdi. Göründüyü kimi cənab prezidentin etimad göstərib başçı təyin etdiyi məmurlar heçdə həmin etimadı doğrultmurlar. Agdam rayonunda minlərlə ailə var ki, burax istirahət etməyi , işləməkdən heç yarım saat dincəlməyə belə vaxtı olmur. Amma Vaqif Həsənov başçı təyin olunduğu gündən cəmi bir il iki gün keçən kimi yorğunluğunu çıxarmaq üçün istirahətə çəkilib. Ağdam icra başçısı Vaqif Həsənov xidməti avtomobili ilə bahalı oteldə kef çəkir Adama sual verərlər nə işlədin ki, yoruldun? Təyin olunduğun gündən hansı vətəndaşın mühüm problemini həll etdin ki, yoruldun? Hansı abadlıq quruculuq işləri gördün ki, yoruldun? Ağdam icra başçısı Vaqif Həsənov xidməti avtomobili ilə bahalı oteldə kef çəkir Yazımızı oxuyandan sonra bəlkə bir balaca vicdan hissin qalıbsa yəqin ki, utanarsız bu suallarımızdan. Amma sizin kimi məmurlar rəhbərlik etdiyi raron və ona yaxın rayonların işğal altında olması bilə bilə oturub bu tortaqları necə azad etməyi , bu qədər qaçqını , məcburi köçkünü necə ağ günə çıxarmağı fikirləşmək əvəzinə Səngərqala kimi bahalı oteldə kef çəkib yeyib- içmək utancvericidir.

Oxşar xəbərlər