ABŞ Myanma generallarının ölkəyə girişinə qadağa qoydu

ABŞ Myanma generallarının ölkəyə girişinə qadağa qoydu ABŞ yüksək rütbəli myanmalı hərbçilərə sanksiya tətbiq edib.

Faktaz.com xəbər verir ki, Dövlət katibi Mayk Pompeonun məlumatına görə, Myanmanın yüksək rütbəli 4 hərbçisinin və ailə üzvlərinin ABŞ-a girişi qadağan edilib. Həmin siyahıda Baş Qərargah rəisi Min Aung Hlaing, onun köməkçisi Soe Vin, generallar Than Oo və Aung Aung yer alıb.

Qərara səbəb, Rohinca bölgəsində 2017-ci ildə müsəlmanlara qarşı tətbiq edilən soyqırım, Myanmada insan haqları ilə bağlı vəziyyətdir.

Oxşar xəbərlər