Növbəti medal Patimatdan gəldi

Növbəti medal Patimatdan gəldi İtaliyanın Neapol şəhərində davam edən XXX Yay Universiadasında Azərbaycan növbəti medalını qazanıb.

“Faktaz.com” xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən taekvandoçu Patimat Abakarova Çin (18:0), Rusiya (11:5) və Almaniyadan (5:2) olan rəqiblərini məğlub edərək yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda Cənubi Koreya təmsilçisinə 0:1 hesabı ilə uduzaraq bürünc medalla kifayətlənib.

Qeyd edək ki, bu, Azərbaycanın 5-ci medalıdır.

Oxşar xəbərlər