DGK-nın sədr müavini tapşırıq verdi

DGK-nın sədr müavini tapşırıq verdi Bu gün Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Xızı rayonunun sakinlərini, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünləri qəbul edib.

“Faktaz.com” xəbər verir ki, qəbulda vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətlərinə baxılıb. Müraciətlər əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.
DGK-nın sədr müavini tapşırıq verdi

Oxşar xəbərlər