Sahil Babayev gənclərlə görüşdü - Fotolar

Sahil Babayev gənclərlə görüşdü - Fotolar DOST Agentliyində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramı iştirakçılarının görüşü keçirilib.

“Faktaz.com” xəbər verir ki, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər də görüşdə iştirak edib.

Görüşdən əvvəl gənclər nazirliyin tabelyindəki DOST Agentliyinin və DOST mərkəzinin fəaliyyəti, mərkəzdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi və sadə prosedurlar əsasında təqdim olunması prosesi ilə tanış olublar.

Gənclərlə görüşdə S.Babayev vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublikamızda siyasi rəhbərliyə gəlməsi ilə Azərbaycanın həyatında möhtəşəm quruculuq, dinamik və hərtərəfli inkişafla xarakterizə olunan yeni bir keyfiyyət mərhələsi başlayıb. Ulu öndərimiz o zaman Azərbaycanı keçmiş ittifaq məkanında geridə qalan aqrar respublikadan qabaqcıl ölkələr cərgəsində olan müasir sənaye ölkəsinə çevirib.

Dövlət başçısının sosial inkişaf strategiyasının naliyyətlərini diqqətə çatdıran nazir ölkədə vətəndaş rifahının təminatı naminə atılan mühüm addımlardan bəhs edib.
Nazir qeyd edib ki, bu gün Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, o cümlədən yoxsulluğun azaldılması, əhalinin məşğulluq imkanlarının artırılması, layiqli əməyin təminatı istiqamətlərində fəal siyasətə və uğurlu təcrübəyə malik ölkələr sırasındadır.Sahil Babayev gənclərlə görüşdü - FotolarSahil Babayev gənclərlə görüşdü - FotolarSahil Babayev gənclərlə görüşdü - FotolarSahil Babayev gənclərlə görüşdü - Fotolar

Oxşar xəbərlər