Ramin Quluzadə Gəncədə qəbul keçirdi - Fotolar

Ramin Quluzadə Gəncədə qəbul keçirdi - Fotolar Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Gəncədə vətəndaş qəbulu keçirib.

“Faktaz.com” xəbər verir ki, görüş zamanı Gəncə və Goranboy sakinlərinin nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb.

Nazir vətəndaşların şikayət və təkliflərini diqqətlə dinləyərək müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bir sıra vətəndaş müraciətləri yerindəcə həll edilib.

Həlli Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlərlə bağlı vətəndaşlara izahat verilib, həmin müraciətlər aidiyyəti qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.

Qəbuldan sonra keçirilən müşavirədə vətəndaş müraciətlərinə dair geniş müzakirə aparılıb, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyi vurğulanıb.
Ramin Quluzadə Gəncədə qəbul keçirdi - FotolarRamin Quluzadə Gəncədə qəbul keçirdi - FotolarRamin Quluzadə Gəncədə qəbul keçirdi - Fotolar

Oxşar xəbərlər