Etibar Mirzəyev Yanğından mühafizə hissəsinin açılışında

Etibar Mirzəyev Yanğından mühafizə hissəsinin açılışında Bu gün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından mühafizə hissəsinin açılışı olub. “Faktaz.com” xəbər verir ki, açılış mərasimində Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev iştirak edib.

Yeni istifadəyə verilən hissədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər olan stend, müasir tələblərə cavab verən dispetçer, tədris, istirahət otaqları və yeməkxana vardır. 70 nəfər şəxsi heyətin çalışacağı hissə ərazisində yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı və təlim qülləsi inşa olunub. Hissə 3 ədəd ən müasir yanğınsöndürmə avtomobili ilə təmin edilib.Etibar Mirzəyev Yanğından mühafizə hissəsinin açılışındaEtibar Mirzəyev Yanğından mühafizə hissəsinin açılışında

Oxşar xəbərlər