Yalçın Rzazadə xəstəxanadan evə buraxıldı

Yalçın Rzazadə xəstəxanadan evə buraxıldı Səhhətində yaranan problemlərə görə Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.

Faktaz.com xəbər verir ki, bu barədə "Report"a xəstəxanadan məlumat verilib.

"Yalçın Rzazadə ambulator müayinəyə götürülüb. O, müayinə olunduqdan sonra evə buraxılıb. Vəziyyəti normaldır", deyə Mərkəzi Dənizçilər Xəstəxanasından bildirilib.

Qeyd edək ki, 73 yaşlı Y.Rzazadə səhhətində yaranan problemlərlə əlaqədar ötən gün Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilmişdi.

Oxşar xəbərlər