Dilqəm Əhməd "Cümhuriyyət medalı" ilə təltif edildi (FOTO)

Dilqəm Əhməd Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar bir qrup media, qeyri-hökumət təşkilatları nümayəndələri və ictimai xadimlər yubiley medalı ilə təltif edib.

Faktaz.com xəbər verir ki, həmin şəxslər arasında yazıçı-jurnalist, kolleksiyaçı, Çapar dərgisinin baş redaktoru, Cümhuriyyət dövrü tədqiqatçısı Dilqəm Əhməd də var. Jurnalist bu barədə sosial şəbəkə hesabında məlumat verib. O, mükafata görə dövlət başçısına təşəkkür edib və yubiley medalını gələcəkdə açmağı planlaşdırdığı Cümhuriyyət Muzeyinə qoyacağını qeyd edib.
Dilqəm Əhməd "Cümhuriyyət medalı" ilə təltif edildi (FOTO)

Oxşar xəbərlər