Avropa Liqası: "Səbail" rumınlara, "Neftçi" moldovalılara qarşı

Avropa Liqası: Bu gün Azərbaycanın daha iki komandası beynəlxalq yarışa qoşulacaq.

Faktaz.com xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk görüşündə "Neftçi" və "Səbail" də meydana çıxacaq. "Neftçi" Moldova təmsilçisi "Sperantsa"nın qonağı olacaqsa, "Səbail" Bakıda Rumıniya "Universitatya"nı qəbul edəcək. "Neftçinin moldovalı rəqibi də "Səbail" kimi Avroliqada debüt edəcək. "Ağ-qaralar" bu mərhələni geridə qoyacağı təqdirdə, avrokubokların daha bir debütantı - Rusiyanın "Arsenal" (Tula) komandasına rəqib olacaq.

"Səbail" isə Rumıniya təmsilçisi ilə dueldən qalib ayrılsa, "Honved" (Budapeşt, Macarıstan) - "Jalgiris" (Vilnüs, Litva) cütünün qalibi ilə qarşılaşacaq.Cavab oyunları bir həftə sonra olacaq.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

11 iyul

20:00. "Səbail" (Azərbaycan) - "Universitatya" (Krayova, Rumıniya)

Hakimlər: Fyodor Zammit, Dankan Sultana, Teodore Zammit, Mario Apap (Malta)
UEFA nümayəndəsi: Patrik Uottebled (Fransa)
Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya)
Bakı, "ASCO Arena"

21:00. "Sperantsa" (Moldova) - "Neftçi" (Azərbaycan)

Hakimlər: Tim Marşal, Pol Robinson, Odri Neteri, Tomas Entoni Klark (Şimali İrlandiya)
UEFA nümayəndəsi: Anna Bordyuqova (Ukrayna)
Hakim-inspektor: Gevorq Hovannisyan (Ermənistan)
Kişinyov, "Zimbru" stadionu

"Səbail" - "Universitatya" matçı CBC International, "Sperantsa" - "Neftçi" görüşü isə CBC Sport telekanalları ilə canlı yayımlanacaq.

Oxşar xəbərlər