Zamin Rzayev Vergilər Nazirliyində korrupsiya başlatdı

Zamin Rzayev Vergilər Nazirliyində korrupsiya başlatdı Bəzi məmurlar sahibkarların kiçik məkanda hər şeydən məlumatlı olduğunu nəzərə almır, şəxsi maraqları üçün korrupsiya sistemləri qurub işlədikləri qurumların imicini lələləməkdən çəkinmir. Məlum olduğu kimi, Dövlətə olan vergi borcunu ödəməyən şəxslərin ölkədən çıxışına stop qoyulması ilə bağlı Vergilər Nazirliyinə çox böyük səlahiyyət verilmişdir. Bu stop məhkəmə qərarı ilə qoyulur, vergi borcu tam ödənildikdə isə geri götürülür.
Lakin Vergilər Nazirliyinin Vergi öhdəliklərinə nəzarət departamentinin baş direktoru Zamin Rzayev məhkəmə qərarı ilə ölkədən çıxışına stop qoyulmuş şəxslərlə artıq kütləvi sövdələşərək, onlar tərəfindən vergi borcunun ödənilməməsinə baxmayaraq həmin stopu geri götürür.
Zamin müəllimin buradakı “iz itirmə taktikası” stopu həmin şəxslərin xarici ölkəyə səfəri qabağı geri götürmək və artıq onlar ölkədən çıxdıqdan sonra stopu yenidən bərpa etməkdir. Onlar xaricdə ola-ola, yaxud xaricə gedib ölkəyə qayıtdıqdan sonra stopun yenidən bərpa edilməsində məqsəd görülən bu qanunsuz əməllərin ört-basdır edilməsidir.
Nəticədə dövlətə külli miqdarda borcu olan, məhkəmə qərarı ilə ölkədən çıxışına məhdudiyyət qoyulan şəxslər Zamin müəllimin sayəsində sözün əsl mənasında şellənirlər, rahat şəkildə ölkədən çıxırlar, hətta bəziləri ölkəyə belə geri qayıtmırlar.
Çox kiçik nümumə kimi Əlizadə Rəşad Fikrət oğlu, Quliyev Elçin Murad oğlu, Məmmədov Əbilfəz İnşalla oğlu, Abdullayev Fizuli Abdulla oğlu, Süleymanov Fariz İlyas oğlunu göstərmək olar. Onların bəziləri hətta stopu götürüləndən sonra ölkədən qaçmış, daha sonra geri belə qayıtmamışdır.
Onların stopunu qanunsuz olaraq götürməklə, külli miqdarda vergilərin büdcədən yayındırılmasına, ölkədən qaçmalarına və dövlətdən gizlənmələrinə şərait yaradılır. Onun qanunsuz əməllərinə dair daha geniş əlavə faktları detallı şəkildə yaxın günlərdə təqdim edəcəyik.
Faktaz.com

Oxşar xəbərlər