DİM qeydiyyatla bağlı elan verdi

DİM qeydiyyatla bağlı elan verdi Dövlət İmtahan Mərkəzi tərəfindən 18 avqust 2019-cu il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.
Faktaz.com xəbər verir ki, qeydiyyat 9 avqust, saat 16:00-dək aparılacaq.

İmtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək üçün qeydiyyat 9 avqust saat 16:00-dək aparılacaq. Qeydiyyat bitdikdən sonra imtahan yeri və vaxtı barədə məlumat veriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır.

Əlavə məlumatı DİM-in saytından əldə edə bilərsiz.

Oxşar xəbərlər