Bu keçidlərin tikintisi 2 ildir yarımçıq saxlanılıb

Bu keçidlərin tikintisi 2 ildir yarımçıq saxlanılıb Radioaparıcı Tural Yusifov özünün sosial şəbəkə hesabında Bakının Hövsan yolunda tikilən və yarımçıq qalan yerüstü keçidləri çəkərək tənqid etdiyi videogörüntü paylaşıb.

Faktaz.com-un verdiyi xəbərə görə, T.Yusifov bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2 ildir işləri yarımçıq saxlayıb və həmin qəsəbənin sakinləri keçiddən istifadə edə bilmirlər. Aparıcı eyni zamanda, keçidlərdə əlillər, uşaq arabaları üçün hərəkətin nəzərə alınmadığını qeyd edib.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yerüstü keçidlər həmin yolla birgə quraşdırılır və təmir edilir: “Həmin yol üçün 2015-ci ildə ilkin maliyyə ayrılıb və 2018-ci ilədək işlər görülüb. Daha sonra büdcədən vəsait ayrılmadığı üçün 2018-ci ildə tikinti-təmir işləri dayandırılıb. Bu il üçün də vəsait ayrılmayıb, növbəti ildə bu layihəyə büdcədən maliyyə ayrılması üçün israrla təklif irəli sürəcəyik”.

Oxşar xəbərlər