Müsavat başqanı Abbas Lisaniyə azadlıq tələb etdi

Müsavat başqanı Abbas Lisaniyə azadlıq tələb etdi Xəbər verdiyimiz kimi, tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsi tərəfindən ağır həbs və sürgün cəzasına məhkum edilib

Faktaz.com-un məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı Abbas Lisaniyə azadlıq tələb edib:

"İran molla rejimi Azərbaycan milli fəalı, Güney Azərbaycanda mədəni-milli azadlıqlar uğrunda mübarizə aparan soydaşımız Abbas Lisaniyə qondarma ittihamlara 8 il həbs, 2 il sürgün cəzası verib.

Güneyli, Güzeyli Azərbaycanımızda hüquqlarımız pozulur, ərazilərimiz düşmən tapdağı altında, azadlığımız uğrunda vuruşanlar həbsdə, sürgündə…

Mübarizə davam edir. Sonadək mübarizə aparanlar qalib gələcək! Abbas Lisaniyə azadlıq!"

Oxşar xəbərlər