İki həftə öncə gənci öldürdülər, indi tutuldular

İki həftə öncə gənci öldürdülər, indi tutuldular Bakıda gənclər arasında mübahisə sonda qətllə nəticələnib.

Faktaz.com -un verdiyi xəbərə görə, iyunun 24-də Nizami rayonunda 1987-ci il təvəllüdlü Samir Həsənov naməlum şəxslər tərəfindən bıçaqlanaraq öldürülüb.

İstintaq zamanı onu münaqişə zəminində öldürməkdə şübhəli bilinən Biləsuvar rayon sakini, 1985-ci il təvəllüdlü İlqar Əliyev və Lənkəran şəhər sakini, 1988-ci il təvəllüdlü Ülvi Hüseynov saxlanılıb.

İstintaq davam etdirilir.

Oxşar xəbərlər