Şəki Xan sarayı UNESKO-nun Dünya İrs Siyahısına salındı

Şəki Xan sarayı UNESKO-nun Dünya İrs Siyahısına salındı Bu gün Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında müzakirəyə çıxarılan növbəti nominasiya Azərbaycanın təqdimatı – Şəki Xan sarayının və şəhərin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına salınması ilə bağlı məsələsi olub.

Faktaz.com xəbər verir ki, nominasiya ilə bağlı ICOMOS-un (Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şura) hesabatı dinlənilib. Şəkinin tarixi, Xan sarayında aparılmış son bərpa işləri barədə məlumat verilib. Şəhərin tarixinin iki min ilə yaxın olduğu, qədim məhəllələrin 1790-cı ildə salındığı qeyd edilib. Bununla belə İCOMOS tərəfindən müəyyən tövsiyələrin olduğu bildirilib.

Müzakirə və çıxışların yekunu olaraq Şəki Xan sarayı ilə şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması ilə barədə qərar qəbul olunub.

Beləliklə, qədim Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı olub.

Qeyd edək ki, 2017-ci ildə Polşanın Krakov şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya müzakirə olunub.

Şəki Xan sarayı UNESKO-nun Dünya İrs Siyahısına salındı Şəki Xan sarayı UNESKO-nun Dünya İrs Siyahısına salındı

Oxşar xəbərlər