Bakı-Şamaxı yolunu sel yudu, hərəkət dayandı

Bakı-Şamaxı yolunu sel yudu, hərəkət dayandı Ölkə ərazisində yağan yağış Bakı-Şamaxı-Yevlax avtomobil yolunda problemlər yaradıb.

Faktaz.com "Trend"ə istinadən xəbər verir ki, yolun Acıdərə qəsəbəsi ərazisindən keçən hissəsində güclü leysan sel yaradıb və yolun tikilməkdə olan hissəsini sel yuyub. Nəticədə yolun hərəkət hissəsində avtomobilləri hərəkətində problem yaranıb.

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikaları cəlb edilib və yolda avtomobillərin hərəkəti bərpa olunub.

Oxşar xəbərlər