İstanbul seçkilərinin yenidən keçirilməsini istəyir - 92 səsə görə

İstanbul seçkilərinin yenidən keçirilməsini istəyir - 92 səsə görə İyunun 23-də yenilənən İstanbul bələdiyyə sədri seçkilərində 92 səs toplayan müstəqil namizəd Mehmet Əli Aydoğmuş nəticələrdən narazıdır.
Faktaz.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, Aydoğmuş ona verilən səslərin başqa siyasi partiyaların adına çıxarıldığını iddia edərək İstanbul Seçki Qərargahına etiraz edib. O, seçkilərin yenidən keçirilməsini tələb edib. Aydoğmuş şikayət ərizəsində bunları yazıb: “Bu seçki Türkiyə tarixində qara səhifədir. İstanbul cəmiyyəti və gələcək nəsillər üçün, demokratiya və qara ləkənin silinməsi üçün seçkilər yenilənməlidir”.
Sədrliyə namizəd 31 mart seçkilərində 262 səs topladığını bildirib

Oxşar xəbərlər