“Neftçi” və “Səbail”in Avroliqadakı ilk rəqibi müəyyənləşir

“Neftçi” və “Səbail”in Avroliqadakı ilk rəqibi müəyyənləşir Bu gün Avropa Liqasının I təsnifat mərhələsində püşkatma mərasimi olacaq.

Faktaz.com xəbər verir ki, Azərbaycan bu mərhələdə iki klubla təmsil olunacaq.
Topaz Premyer Liqasının uyğun olaraq gümüş və bürünc medallarını qazanmış "Neftçi” və "Səbail” ilk raund üçün rəqiblərini tanıyacaqlar.

"Neftçi”nin bu mərhələ üçün 5 potensial rəqibi var. Sabahkı mərasimdə "Hibernians” (Malta), "Rujomberok” (Slovakiya), "Pandev Akademiyası” (Makedoniya), "Speranta” (Nisporeni, Moldova) və "Zeta” (Monteneqro) klublarından birinin təmsilçimizlə qarşılaşacağı bəlli olacaq.

"Səbail”ə isə "Universitatya Krayova 1948” (Rumıniya), "Baltsan” (Malta), "Laçi” (Albaniya), "Şkupi” (Makedoniya), "Petrokub-Hincesti” (Moldova), "Narva Trans” (Estoniya) komandalarından biri rəqib olacaq.

Qeyd edək ki, püşkatma mərasimi sabah Bakı vaxtı ilə saat 17.30-da start götürəcək.

Oxşar xəbərlər