Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi öldü

Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi öldü Abşeronda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Faktaz.com apa-ya istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Şamil Sərdar oğlu Ələkbərov Xırdalan şəhəri ərazisində iş görərkən hündürlükdən yıxılıb.

Ağır bədən xəsarətləri alan Ş.Ələkbərov hadisə yerindəcə dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər