Asif Əsgərov səyyar qəbul keçirib - Foto

Asif Əsgərov səyyar qəbul keçirib - Foto Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov təsdiq olunmuş qrafikə uyğun olaraq 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 38 ünvanda növbəti səyyar qəbul keçirib, sakinlərin müraciətlərini dinləyib, həyətin abadlaşması ilə bağlı layihəni sakinlərlə müzakirə edib.

Faktaz.com xəbər verir ki, mikrorayonda, o cümlədən 20 Yanvar, M.Cəfərov, C.Səlimov, Cavadxan küçələri, Moskva prospekti ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak ediblər.

Qəbulun Milli Qurtuluş Günü ərəfəsində keçirildiyini qeyd edən başçı “15 iyun”un müstəqillik tariximizə qızıl hərflərlə yazıldığını, həmin günün Azərbaycan xalqı üçün unudulmaz tarixlərdən və şanlı bayramlardan biri olduğunu, indiki nüfuzlu, güclü, müstəqil Azərbaycan dövlətinin məhz Milli Qurtuluş Günü sayəsində sayılıb - seçilən müasir dünya dövlətləri sırasına qoşulduğunu vurğulayıb.
Sakinlərdən Qasımov Kənan, Məmmədov Cavad, Nağıyev Mahir, Cabbarova Şahsənəm, Tağıyeva Zenfira, Osmanov Müzəffər və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, həyət və girişlərin işıqlandırılması, yaşıllqların suvarılması və yaşlı ağacların əvəzlənməsi, damlardakı su çənlərinin yığışdırılması, söhbətgahların qurulması, dam örtüyünün təmir edilməsi barədə müraciətlər ediblər.

Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Asif Məhərrəmov küçəsi 34-42 ünvanları əhatə edən məhəllədə aparılan abadlaşdırma layihəsi sakinlərə təqdim olunub, müzakirələr aparılıb, sakinlərin abadlıq işlərinə dair təklifləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib.
Asif Əsgərov səyyar qəbul keçirib - FotoAsif Əsgərov səyyar qəbul keçirib - FotoAsif Əsgərov səyyar qəbul keçirib - Foto

Oxşar xəbərlər