Cəriməsi 3 min manata qədərdir

Cəriməsi 3 min manata qədərdir İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi təklif olunur.

Faktaz.com xəbər verir ki, Məcəllənin 471- ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləritərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
Məcəlləyə dəyişiklik birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Oxşar xəbərlər