"Mənə o sevgini yaşadan yoxdur"

"Sevgidoluyam, çox gözəl sevə bilirəm. Əgər sevirəmsə, sevəcəm. O hissi məndə yaratmaq lazımdır. Amma sevməsəm, milyard olsa da, xeyri yoxdur".
Faktaz.com-un məlumatına görə, bu sözləri müğənni Lətifə Soyuöz "Şou news"a açıqlamasında deyib. Sevgidən söz açan müğənni boşanmasından bəhs edib:

"Sevgimi göstərməyi bacarıram. Kiməsə gözəl sevgi yaşadaram. Hələ məni arxayın edib, onu yaşadan yoxdur. Evlilik təklifləri çox olur. Amma qorxuram. Hər şeyi çox ölçüb-biçirəm. Elə bilirlər ki, biz ailə qururuq övlad olsun, dağıdaq. Əsla belə deyil. Üç il nişanlı qalmışam, 7 il ailəli oldum. Mənim üçün ailə dəyərlidir. Ailəmi qurban vermədim.

İnsanlar ayrılıq səbəbini bilmir. Mənim pis vaxtımda ayaqda saxlayan, depresiyadan çıxaran səhnə oldu. Başa düşdüm ki, 10 illik əziyyətini yerə çırpa bilərlər".

Oxşar xəbərlər