Bu gün Yaponiyadan İrana 41 il sonra ilk rəsmi səfər olacaq

Bu gün Yaponiyadan İrana 41 il sonra ilk rəsmi səfər olacaq Yaponiya Baş Naziri Sindzo Abe bu gün İrana rəsmi səfər edəcək.

Faktaz.com-un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, o, səfər çərçivəsində İran Prezidenti Həsən Ruhani və ali dini lider Əli Xameneyi ilə görüşəcək.

Görüşdə Yaxın Şərqdəki gərginliyin həlli yolları müzakirə olunacaq.

Qeyd edək ki, bu, Yaponiya Baş Nazirinin 41 il sonra İrana ilk səfəri olacaq. Belə ki, 1978-1979-cu illlər İslam inqilabından sonra bu ölkəyə Yaponiyadan rəsmi səfər olmayıb. Sonuncu səfəri keçmiş Baş Nazir Takeo Fukuda 1978-ci ildə edib.

Səfər 14 iyuna qədər davam edəcək.

Oxşar xəbərlər