Bakıda maşın yanıb: Öln və yaralanan var

Bakıda maşın yanıb: Öln və yaralanan var Bu gün gecə saatlarında "Bibiheybət" yolunda yüksək sürətlə hərəkətdə olan minik maşını reklam lövhəsinə çırpılaraq, yanmağa başlayıb.

Faktaz.com Reporta istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.

"Hadisə barədə məlumat "təcili yardım"a saat 3:37-də daxil olub.

Avtomobildə olan sərnişin Kamran İsgəndərov (28 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir", - deyə o bildirib.

P.Əbubəkirov qeyd edib ki, sükan arxasında olan şəxs isə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəblərini araşdırır.

Oxşar xəbərlər