Zelenski 15 qubernatoru işdən çıxardı

Zelenski 15 qubernatoru işdən çıxardı Ukrayna prezidenti Vladimir Zelenski 15 vilayət administrasiyası rəhbərini işdən çıxarıb.

Faktaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka məlumat verib.

PA rəsmisi bildirib ki, Çerniqov, Xmelnitski, Xerson, Ternopol, Sumı, Poltava, Odessa, Nikolayevskaya, Lvov, Kirovoqrad, Kiyev, İvano-Frankovsk, Zaporijye, Zakarpatye və Volın vilayətlərinin qubernatorları işdən azad edilib.

Oxşar xəbərlər