AzMİU ilə Kiyev universiteti arasında Memorandum imzalanıb

AzMİU ilə Kiyev universiteti arasında Memorandum imzalanıb Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Kiyev Milli İnşaat və Memarlıq Universiteti arasında qarşılıqlı anlaşma Memorandumu imzalanıb.

Faktaz.com xəbər verir ki, imzalanma mərasimində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru, professor Petro Kulikov, Ukraynadan gələn nümayəndə heyəti, Ukraynanın ölkəmizdəki səfirliyinin 1-ci katibi Qeorgiy Selski və universitetin professor-müəllim heyəti iştirak edib.

Rəhbərlik etdiyi təhsil müəssisəsi barədə qonaqlara ətarflı məlumat verən rektor Gülçöhrə Məmmədova universitetin təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyatı və beynəlxaq əlaqələri ilə bağlı hədəflərini açıqlayıb. O, AzMİU-nun geniş beynəlxalq əlaqələrinə toxunub, beynəlxalq mübadilə proqramları çərçivəsində Avropa, Asiya universitetləri ilə faydalı əməkdaşlıq münasibətlərindən danışıb. Rektor Azərbaycan universitetlərinin beynəlmiləlləşdirilməsi, Avropa təhsilinə inteqrasiyasiyası ilə bağlı ölkə prezidentinin son dövrlərdə imzaladığı sərəncamları xatırladıb və bu günki mərasimin bu istəklərə cavab verdiyini vurğulayıb.

AzMİU-da olmasından məmnunluğunu ifadə edən Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru, professor Petro Kulikov da universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğulayıb.

Universitetlərarası münasibətlərin perspektivləri barədə aparılan görüşün nəticəsi olaraq AzMİU ilə Kiyev Milli İnşaat və Memarlıq Universiteti arasında qarşılıqlı anlaşma Memorandumu imzalanıb. Memorandumda birgə proqramlar, seminar, simpozium, konfrans və layihələrin keçirilməsi, müəllim və tələbə mübadilələri, ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə mütəxəssis mübadiləsinin həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb. Sənəddə vurğulanıb ki, tərəflər təhsil, elmi tədqiqatlar, inzibati idarəetmə daxil olmaqla qarşılıqlı maraq doğuran bütün tədris sahələrində əməkdaşlıq və mubadilə yaratmağa səy göstərirlər.
AzMİU ilə Kiyev universiteti arasında Memorandum imzalanıbAzMİU ilə Kiyev universiteti arasında Memorandum imzalanıbAzMİU ilə Kiyev universiteti arasında Memorandum imzalanıb

Oxşar xəbərlər