Rusiyada azərbaycanlı gənci öldürüb meyitini yandırdılar

Rusiyada azərbaycanlı gənci öldürüb meyitini yandırdılar Rusiyanın Samara vilayətində azərbaycanlı gəncin dəhşətli ölümü baş verib.

Faktaz.com Modern.az-a istinadən xəbər verir ki, 30 yaşlı Elmir Əhmədovun cəsədi gecə saatlarında Poxvistnevsk rayonunun Matyan qəsəbəsində “Qazel” markalı avtomobildə aşkar olunub.

“Qazel” yandığı üçün Elmir Əhmədovun cəsədi tanınmaz hala düşüb. Onun öldürüldükdən sonra avtomobilinə od vurulduğu ehtimal olunur.

Hazırda Samara Prokurorluğu faktla bağlı araşdırma aparır.

Oxşar xəbərlər