53 yaşlı kişi orta məktəbdə bıçaqlandı

53 yaşlı kişi orta məktəbdə bıçaqlandı Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qarabağ mərkəzi xəbər verir ki, hadisə Malbinəsi kəndində, orta məktəbdə qeydə alınıb.
Kənd sakini, 23 yaşlı Həsən Cəfərov həmkəndlisi, 1966-cı il təvəllüdlü Emin Məmmədova 8 bıçaq zərbəsi vurub.

Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.

Hadisəni törədən H.Cəfərov könülü olaraq polisə təslim olub.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi başlanaraq araşdırma aparılır.

Oxşar xəbərlər