Rəssam Qalib Bağırov dünyasını dəyişib

Rəssam Qalib Bağırov dünyasını dəyişib Rəssam Bağırov Qalib İsgəndər oğlu dünyasını dəyişib.

ONA-nın məlumatlna görə, Qabil Bağırov uzun sürən xəstəlikdən sonra 74 yaşında ürək tutmasından həyatını itirib.

Əməkdar rəssam 1945-ci il may ayının 9-da Gəncə şəhərində anadan olub. Mərhum 1996-cı ildə Əzim Əzimzadə adına incəsənət, 1971-ci ildə Moskva Stroqnova adına incəsənət məktəblərini bitirib. O, 1996-cı ildə Gəncə Çökək Hamam Kompleksinin rəssamı kimi tanınıb. Bundan əlavə rəssam Azərbaycan Texnologiya Universitetində müxtəlif vəzifələrdə çalışıb. Ömrünün sonuna kimi Çini Qablar Zavodunun baş rəssamı olub.

Oxşar xəbərlər