Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası: nazir yerində yoxdur

Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası: nazir yerində yoxdur 2 Saylı Uşaq Xəstəxanasında 7 aylıq körpəsi ölən Abdullayevlər ailəsi Səhiyyə Nazirliyinin binası qarşısında aksiya keçirib.

Faktaz.com "Yeni Sabah”a istinadən xəbər verir ki, "Səhiyyə, Oqtay Şirəliyev qatildir” deyən körpənin nənəsi ölkə rəhbərliyinə müraciət edərək bu qətlə yol verən həkimlərin məsuliyyətə cəlb olunmasını tələb edib.

O, çıxışında xəstəxananın bağırsaq şöbəsinin müdiri, həkim Mətanət Rzayevanın məsuliyyətsizliyi üzündən övladlarının öldüyünü bildirib.

"Bütün xəstəxanalarda pul alırlar, dövlət xəstəxanasıdır, amma pulsuz heç nə etmirlər. Uşağın heç bir problemi yox idi, sadəcə yaxşı yemək yemirdi. Xəstəxanada sistem qoşanda nə ediblərsə, uşağın bütün qanı palataya axıb, ölüb”.

Aksiya zamanı onlar nazirə qarşı kəskin ifadələr işlədib, onun öz vəzifəsinin öhdəsindən gəlmədiyini, insanların həyatını məhv etdiyini qeyd ediblər.

Aksiya yerinə polis əməkdaşları cəlb olunub.

Oxşar xəbərlər