"Abşeron İHB niyə “Mediafobiya”ya tutulub? İradə Gülməmmədovanın tənqidə münasibəti xaotikdir"

Azərbaycanda ən gərgin və ağrılı postlardan biri məhz icra hakimiyyəti başçısı postudur. Bunu bilməyən və qəbul etməyən indi çox az adam olar. Yerlərdə baş qaldıran haqlı narazılıqlarda, insanların
gördüyü və rastlaşdığı əksər problemlərdə günahkar axtarışı ilk olaraq məhz bu vəzifə
sahiblərini yada salır. Onlar daha çox qınanılır, biçarə sakinlər həmişə onlardan aman  - imdad diləyirlər
Rəsmən İHB-yə aidiyyatı olmayan neqativ hala görə də ölkə rəhbərinin səlahiyyətli nümayəndələri sorumlu tutulur. Buna, hələlik bircə səbəb də yetər. "Axı, məhz uman yerdən küsərlər!".
Biz jurnalistlər də sosial problemləri və ictimai narazılıqları yazmağa fokuslaşanda
bir də ayılırıq ki, qələmin ən sərt üzünü hansısa rayonun rəhbərinə çevirmişik. Faktlarımız,
fərdi hiss və mülahizələrimiz, əsasən də mövzuların aktuallığı və şikayətlərin özəyi yazı axınını oralara qədər dartır. Bəzən ağır
ifadələr, sərt, lakin əsaslı ittihamlar səsləndirməyə məhkum oluruq. Sonucda, icra başçılarını özümüzə "küsülü" edirik. Buna haqqımız çatıb, ərkimiz olmasa da
Bəs, hər məsələdə - "uğurlu" və ya küt məqalələr yazıb, icra başçılarının adı ətrafında iti dövrələr vurmaq qələm sahiblərinə hansı haqqı SAĞOLU qazandırır? Olmazdımı, onların adını heç gündəm etməyəydik
Bu
suala cavab yazar ikən gəlin elə bu sualıma cavab istəyim. Tez-tez medianın tənələrindən
bezdiklərini albayraq edən bəzi icra başçıları heçmi təqsirsizdir? Bəlkə onlar bir toxunulmazdır? Bəlkə, başçıları tənqiddə təkcə jurnalist qərəzi, hansısa tələsik araşdırmalar, qeyri-peşəkar baxışlar, başqa maddi maraqlar axtarmayaq?
Bəlkə, sakinləri ümidsizliyə itən, öz nöqsanlarını tərsə yozan, ictimai nəzarətlə hesablaşmayan icra başçılarındakı müəmmalı davranışların özünü kəşf edək.
Hər kəs bilir ki, icra başçısıları ölkə prezidentinin yerlərdə sərəncam və qərarlarını, tövsiyyə və tapşırıqlarını icra edir. Prezidentin icra aparatı strukturuna tabeli fövqəl inzibati nəzarətlə, tövsiyyə və təlimatlarla öz yerli fəaliyyətlərini qururlar.
Lakin, "xırda padişahlar”ın subardinasiya qaydalarını pozmaqla istədikləri yerli məmurun səlahiyyətlərini mənimsəməsi hallarına, rayon üzrə bütün qeyri-məsul işlərə müdaxilə hallarına və əsl özbaşınalıqlara da şahid oluruq. Yazılmamış qaydalarla başçılar özlərini
ən üstün əmr sahibi kimi aparırlar.
Bu halda, vəzifə səlahiyyətlərini
aşan, danabaşlıq edib real icra funksiyasını zərərli tendensiyaya çevirən icra
başçılarının prezident cənab İlham Əliyevin etimadına dönük çıxdığını, özfəaliyyətlərilə baş verən hər naxoş hala cavabdeh olduqlarını hayqırmaq, xəbərçilik etmək biz jurnalistlər üçün qayət normal və zəruridir. Bununla barışmayan, təqdirəlayiq məqbulu jurnalist peşəsinə "bağışlamayan" icra başçılarına isə bəraət donu geyindirmək, məncə, olduqca müşkül və gülüncdür
Bütün rayonlardakı idim və icra başçılarının avtobioqrafik xüsusiyyətləri oxşardır. Mediaya münasibətlərində də sərt bir bənzərlik mövcuddur
İcra hakimiyyətləri ümumi yanaşmada Mediaya qarşı passiv və etinasızdır. Onsuz da qənaətbəxş olmayan bu münasibəti isə daha pis müəmmalara doğru pozanlar da tapılır. Bunlardan biri - elə birincisi hazırda Abşeron rayon icra hakimiyyətinin başçısı vəzifəsini icra edən xanım İradə Gülməmmədovadır.
Azdan-çoxdan mediaya aidiyyatı olan adam kimi iddia edirəm ki, adıçəkilən xanım məmurun elektron KİV-lərə qarşı kinli və zərərli münasibəti digərləri ilə eyni ölçüyə sığmır. Son aylarda kuryoz davranışlarla jurnalistlərə hücum çəkən xanım məmurun anormal davranışlarına uyğun gəlinəcək qənaətim üzücüdür.
Abşeron "Kraliçası” özünü və komandasını "Mediafobiya” zillətinə tutdurub və bu eqosu onu sürətlə şüurlu-acı çıxılmaza aparır.
Abşeron İHB niyə “Mediafobiya”ya tutulub? İradə Gülməmmədovanın tənqidə münasibəti xaotikdir' Sosial şəbəkələr üzərində axtarış apararkən məlum olur ki, indiyədək Abşeron İHB-nin fəaliyyətini və xanım icra başçısını hədəfə alan xeyli tənqidi yazılar yayımlanıb. Bunun əksi, yazılara qarşı bir tutarlı açıqlama, nə hansısa xəbərə inandırıcı və əsaslı yalanlamalara isə rast gəlinmir. Xanım icra başçısının bu illərdə mediaya qapalı davranışları onun müsahibələrdən qaçması ilə də sezilib
İstər "qaralı-sarılı", istərsə də ciddi medianın Abşeron İHB barədə tirajladığı yazıların məzmununa və tarixçələrə xatırlatmalar etmədən söyləyə bilərəm ki, bu icra orqanı KİV-lərə (müstəqil jurnalistlərə-O.N) sayğısız davranışlarla aqressivlik mövqeyi sərgiləyərək, öz ədalı-müəmmalı yoluna davam edir.
Mütamadi İHB başbilənlərinə dilənçilik edən media mənsubları vasitəsilə yazıların silinməsi üçün "xahiş, minnət"-lər xaric, bu icra orqanı strukturu ümumiyyətlə məmur-media-vətəndaş münasibətlərini doğru qura bilməyib. İllərdir ki, Abşeron İHB və media münasibətləri xaotik səviyyədədir
Məni üzən və bu problemin təhlilinə itən ən önəmli səbəb isə, xanım icra başçısının və komandasının son aylar ərzində bütün tənqidi və cızmaqara səviyyəli yazıları "xüsusi ittiham" (demək mümkünsə-O.N) qaydasında paketləyərək məhkəmələrə yüyürməsi, jurnalislərə böhtan-təhqir adı ilə "xox" etməsidir.
Bu davranışı ilə məntiqsizlik və iradəsizlik etdiyinin fərqinə varmayan xanım başçının bu cür neqativ və uğursuz vərdişi İHB-də subardinasiya qaydalarının, bir sıra təlimatların pozulması kimi dəyərləndirilə bilər
Zərif cinsin məmur nümayəndəsini anlamağa çalışaq, bəlkə o, bir qadındır deyə, barəsində yazılan bütün tənqidi yazılara bunca dözümsüzdür? Amma, yox, bu bir az da işbilməzlik, savadsızlıq və sələfinin mediaya bəslədiyi aqressiyaların təkrarlanmasıdır.
Xatırlayırsınızsa, İradə xanım Gülməmmədovanın sələfi, həmyerlisi, himayədarı Zakir Fərəcov da barəsində yazılanlardan nəticə çıxarmaq, media ilə sağlam əməkdaşlıq edib qüsurları yox etmək əvəzinə, qarşısına keçən jurnalistlərə "xox" gəlməklə, həbs etdirməklə ("İkram Rəhimov işi" bariz misaldır - O.N) öz maxinasiyalı işlərinə "köndələn kündə"lər yapırdı. Nəticə etibarilə, ətrafında qələm əhlinə qarşı bir qorxunun "hökmranlıq" etməsinə çalışırdı.
Bu misalı sıradan xatırlatmadım, çox güman ki, İradə xanım və İHB-nin digər nümayəndələri illərlə tabeliyində olduqları Zakir Fərəcovun mediaya qarşı tətbiq etdiyi tendensiyaya alışqandırlar və bu işə zərər kimi deyil, bir ənənə kimi baxırlar
Həmin illərdə Abşeron İHB-nin ictimai-siyasi və hümanitar məsələlər üzrə müavin postu tutmuş xanım Gülməmmədova özü də, görünür dəyişmək istəmir, o cür təhlükəli yanaşmaya sadiqlik edir
Məlumatlara görə, Abşeron "kraliçası" indiyədək 40-a yaxın jurnalisti məhkəmədə öz cılız arşını ilə "mənşər ayağı"na çəkdirib. Məhkəmədə "Opponent"lərinə ciddi xəsarətlər yetirə bilməsə də, öz ətrafında kütləvi qorxu mühiti yarada bilib. Kimlərisə bir sözə, kimlərisə yalan xəbərə görə küllü miqdarda cərimələtdirə bilib. Bu isə bir xanım icra başçısına xoş imic vəd etmir. Proses dayandırılmır, əksinə, Mətbuatı özünə dost adlandıran ölkə rəhbərinin iradəsinə qarşı sanki İHB-nin əks qütblü baxışı formalaşdırılır.
Xanım icra başçısı rəhbər olduğu Abşeronda fikir və söz azadlığının təminatında rol oynamaq barədə düşünmür. O, bu zərurəti təmin etmək əvəzinə, İHB-nin məhsuldar iş vaxtını və perspektivini lazımsız aqressiyalara - "mediafobik" səmtə xərcləyir. Yazılanları təhlil edib, nəticə çıxarmaq istəmir. Bu da, acizlik və dərəbəylik kimi görünür.
Onu da məlum edim ki, Abşeron "kraliça"sı jurnalistlərə hücum taktikasını "xüsusi ittiham qaydasında şikayət"lərlə həyata keçirir. Bunu edərkən hətta, polis rəisini də özünə şərik edə bilir (misal - ötən həftə jurnalist Mirəziz Əzizova qarşı Abşeron məhkəməsinə şikayət
Məmur kimi tənqidə dözümsüzlük edən icra başçısı barədə uzun-uzadı yazmaq da yersizdir. Daha incə məqamlı bir xoş ehtimala da toxunum. Məncə, Abşeronun birinci şəxsinin "xüsusi ittiham"namə vərdişi bu iş üzrə məhkəmə icraatının pulsuz olması ilə də əlaqədar ola bilər. Yəni, Abşeronda şıdırğı "mediafobiya" - özü də pulsuz və xərcsiz vüsət alıb
Sonda, Abşeron rayon İHB yetkililərinə və xanım rəhbərinə xahiş edirəm ki, mediaya qarşı münasibətdə daha rasional və konstruktiv mövqelərini formalaşdırmağa cəhd etsinlər. Buna faydalı və yararlı nümunələr yetərincədir. Yazılara rəsmi mövqeyi "şikayətli senzura" metodları ilə deyil, "Kütləvi İnformasiya Vasitələri Haqqında" Azərbaycan Respublikasının qanununun tələblərinə, humanizmə, özünün səlahiyyətlərini dərkə uyğun nümayiş etdirsinlər. Əksi, bir xanım icra başçısının jurnalistikaya əzələ nümayişindən ötəsi deyil...
Xüsusi qeydim: Yazı savadsız və üzdəniraq media mənsublarını müdafiə xarakteri kimi yozulmasın
Redaksiyadan: Bildirək ki, bu gün Göygöl rayon Məhkəməsində Abşeron icra başçısının "Demokratik.Az"-a (Osman Nərimanoğluna) qarşı "Xüsusi ittiham" qaydasında şikayətinə baxılacaq. Şikayətə səbəb, Abşeron rəhbərinin İHB strukturunda gender bərabərliyini pozması, Masazırda yolun və torpaqların satılması kimi halların tənqid edilməsidir.
Abşeron "KRALİÇA"SI Masazırda yolsuzluğa girdi - Yolu kim və niyə satdı?
Abşeron İHB-də ara qarışdı - Zakir Fərəcov "KRALİÇA"-nı niyə danladı
Saytımıza yazılı etirazını bildirməyən İHB-nin başbilənlərinin birbaşa məhkəməyə - "xüsusi ittiham"la müraciət etməsi həqiqətən də başadüşülən məntiqdə deyil. Heç, hüquqi əsasda da deyil...
Demokratik.Az

Oxşar xəbərlər