65 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verildi

65 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verildi İnterpol qətldə təqsirləndirilən azərbaycanlı barədə beynəlxalq axtarış elan edib.

Trend-in məlumatına görə, 1954-cü ildə Gəncə şəhərində anadan olan Vaqif Həsənov qəsdən adam öldürməkdə təqsirləndirilib.

V.Həsənov barəsində başlanmış cinayət işinin istintaqından yayındığı üçün məhkəmə onun haqqında həbs qəti imkan tədbiri seçib.

O, İnterpol xətti ilə axtarışa verilib.

Oxşar xəbərlər