Sabiq prezident azadlıqda

Sabiq prezident azadlıqda Braziliyanın sabiq prezidenti Miçel Temer azadlığa buraxılıb.

Faktaz.com xəbər verir ki, məhkəmə sabiq prezidentə istintaq prosesində adı çəkilən digər şübhəlilərlə əlaqə yaratmaq, ünvan dəyişdirmək, ölkədən çıxmaq, partiyaya rəhbərlik etməyi qadağan edib, həmçinin pasportunu təhvil vermək tələb edilib və mülklərinin böyük hissəsi dondurulub.

Qeyd edək ki, Miçel Temer "Angra 3" Nüvə Stansiyasının inşası zamanı korrupsiyaya yol verməkdə ittiham edilir. İddiaya görə, korrupsiya miqdari 450 milyon dollardır.

Oxşar xəbərlər