İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə görüşdü (FOTO)

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə görüşdü (FOTO) Xalq artisti Rasim Balayevin Prezident İlham Əliyev və birinci-vitse prezident Mehriban Əliyeva ilə görüşü baş tutub.

Faktaz.com axsam.az-a istinadla xəbər verir ki, görüş Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə olub.

Qeyd edək ki, R.Balayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dəvət edilmədiyi üçün mətbuata açıqlama vermişdi və siyahını hazırlayanların onu nəzərə almadıqlarını vurğulamışdı. Xalq artistinin bu açıqlamasından sonra ölkə prezidenti Rasim Balayevlə telefonla danışıb və bildirib ki, bu, siyahını hazırlayanların günahıdır, onun Rasim Balayevə olan münasibəti deyil.
İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə görüşdü (FOTO)

Oxşar xəbərlər