Borca düşən Mətanət: "Ən qorxulu düşmənim..."

Borca düşən Mətanət: Müğənni Mətanət Əsədova ona arxadan zərbə vuran dostlarına ismarış yollayıb.
Faktaz.com xəbər verir ki, müğənni xalq artisti Məleykə Əsədovanın səsləndirdiyi “Arxamca mənə qəh-qəh çəkən dostlarım…” adlı şeiri “İnstagram” hesabında paylaşıb.

O, riyakar dostlarını nəzərdə tutaraq belə yazıb:

“Ağac baltaya deyir ki, məni kəsdiyinə deyil, sapın məndən olmasına üzülürəm”.

Qeyd edək ki, bu günlərdə Mətanətin borca görə ölkədən çıxışına qadağa qoyulub. O, kreditlə götürdüyü avtomobilin pulunu ödəyə bilməyib və buna görə cəzalandırılıb. Əsədova bu xəbərin yayılmasında sənət dostlarının əli olduğunu iddia edib.

Oxşar xəbərlər