Xalq artisti dəfn olundu (FOTO/YENİLƏNİB)

Xalq artisti dəfn olundu (FOTO/YENİLƏNİB) Xalq artisti, bəstəkar Arif Məlikov dəfn edilib.
Faktaz.com xəbər verir ki, mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Təhsil naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər, eyni zamanda, mərhumun ailə üzvləri, dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edib.

15.35

Bakı Musiqi Akademiyasında xalq artisti, bəstəkar Arif Məlikovla vida mərasimi başa çatıb.

ONA-nın məlumatına görə, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib. Bəstəkar bu gün I Fəxri Xiyabanda torpağa tapşırılacaq.

15.08

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bəstəkar Arif Məlikovla vida mərasimində iştirak edir.

Faktaz.com xəbər verir ki, vida mərasimi Bakı Musiqi Akademiyasında keçirilir.

14.15

Xalq artisti Arif Məlikovla vida mərasimi keçirilir.

Faktaz.com "Report"a istinadən xəbər verir ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında keçirilən mərasimdə mərhumun dostları, bəstəkarlar, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edir.

Xalq artisti Arif Məlikovla vida mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev də iştirak edir.

Arif Məlikov I Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, A.Məlikov 85 yaşında vəfat edib.

Oxşar xəbərlər