Hotellərdə gecələyənlərin sayı azalıb

Hotellərdə gecələyənlərin sayı azalıb Gecələmələrin 61,7 faizi Bakıdakı mehmanxanalarda qeydə alınıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı mehmanxanalarda 545,4 min gecələmə olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% azdır.

Gecələmələrin 61,7 faizi Bakıda, 7,8 faizi Qəbələdə, 7,5 faizi Qusarda, 4,3 faizi Naftalanda, 4,1 faizi Naxçıvan Muxtar Respublikasında, 3,2 faizi Qubada, hər birində 1,3 faiz olmaqla Qax və Mingəçevirdə və 0,9 faiz olmaqla Lənkəran və Gəncədə, 0,8 faizi Şamaxıda, 0,7 faizi Tovuzda, 0,3 faizi Xaçmazda, 5,2 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 faiz azalaraq 377,7 min olub ki, bu da ümumi gecələmələrin 69,3 faizini təşkil edir. Gecələmələrin 15,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 13,1 faizi Rusiya Federasiyası, 7,1 faizi İran, 6,1 faizi Türkiyə, 5,9 faizi Hindistan, 5,5 faizi Səudiyyə Ərəbistanı, 3,9 faizi Küveyt, 2,9 faizi Böyük Britaniya, 2,6 faizi Pakistan, 2,3 faizi Qətər, 2,1 faizi İsrail, 2 faizi İraq, 1,9 faizi ABŞ, 1,7 faizi Qazaxıstan, 1,3 faizi Oman, 1,1 faizi Ukrayna, 0,9 faizi Almaniya, 0,7 faizi Bəhreyn, 23,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,5 faizi Bakı şəhərində, 5,7 faizi Qəbələdə, 4,6 faizi Qusarda, 4,3 faizi Naxçıvan Muxtar Respublikasında, 3,8 faizi Naftalan şəhərində, 1,7 faizi Qubada, 0,6 faizi Gəncədə, 1,8 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci illin yanvar-mart ayları ilə müqayisədə 14,6 faiz artaraq 167,7 minə çatıb.

Cari ilin yanvar-mart aylarında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz az və ya 71,3 milyon manat olmuşdur ki, onun da 62,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2019-cu ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 15,7 faiz təşkil edib. Bu göstərici Naftalanda 42,6 faiz, Şəmkirdə 38,2 faiz, Beyləqanda 27,8 faiz, Bakıda 27,7 faiz, Qusarda 22,8 faiz, Naxçıvan Muxtar Respublikasında 21,5 faiz, Qəbələdə 20,7 faiz, Şirvanda 16,3 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (16,4 faiz) mart ayında qeydə alınıb.

Oxşar xəbərlər