Tramp prezident seçkiləri kampaniyası üçün 30 milyon dollar yığıb

Tramp prezident seçkiləri kampaniyası üçün 30 milyon dollar yığıb ABŞ-da prezident seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək

ABŞ Prezidenti Donald Tramp 2019-cu ilin birinci kvartalında özünün prezident seçkiləri kampaniyasını keçirmək üçün 30 milyon dollardan çox ianə yığıb.

The Hill qəzetinin yaydığı məlumata görə, hazırda Trampın seçki qərargahı 40 milyondan artıq nağd pula malikdir. Orta ianə 34 dollar təşkil edir.

ABŞ prezidenti ilin əvvəlindən bəri demokrat rəqibləri – Vermont ştatından olan senator Berni Sanders və Kaliforniya ştatından olan senator Kamala Harrisin birlikdə topladıqları ümumi vəsaitdən daha çox pul əldə edib.

Onlar müvafiq olaraq 18 milyon və 12 milyon ianə yığa biliblər.

Donald Tramp 2017-ci ilin yanvarında prezident vəzifələrinin icrasına başlayan kimi bu posta yenidən seçilmək üçün kompaniyaya ianə toplamağa başlayıb və qarşıya 1 milyon dollar yığmaq məqsədi qoyub.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək.

Oxşar xəbərlər