Moskvada azərbaycanlı kartofa görə güllələndi

Moskvada azərbaycanlı kartofa görə güllələndi Hadisəyə 15 tonluq çürük kartof səbəb olub

Rusiyanın Moskva vilayətinin Leninski rayonunda azərbaycanlıların iştirakı ilə atışma baş verib.

Bu barədə "Moskovski Komsomolets" nəşri məlumat verir.

İnsident nəticəsində 32 yaşlı azərbaycanlı xəstəxanaya gedərkən yolda ölüb. Onu xəstəxanaya başından güllə sıyrığı yarası alan yoldaşı çatdırıb.

Hadisəyə 15 tonluq çürük kartof səbəb olub. Belə ki, tacirlər öz həmvətənlərindən aldıqları kartofun keyfiyyətsiz olduğunu müəyyənləşdirdikdən sonra çürük məhsula görə ödədikləri pulu geri almağa çalışıblar.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin "Qətl törətmək", "İki və ya daha çox insanı öldürməyə cəhd", "Odlu silahın qanunsuz alınması, ötürülməsi, satışı, saxlanması, daşınması" maddələri üzrə cinayət işi açılıb.
Faktaz.com

Oxşar xəbərlər