Rusiyadan NATO-ya xəbərdarlıq: Tədbirlər görəcəyik

Rusiyadan NATO-ya xəbərdarlıq: Tədbirlər görəcəyik NATO-nin Qara dənizdəki fəaliyyəti regional sabitliyə ciddi zərbə vurur.

Faktaz.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

“Əlbəttə, NATO-nun regionda artan fəaliyyətinə və təhdidlərinə qarşı tədbirlər görəcəyik. Alyansın fəaliyyətini yaxından izləyirik”, - deyə XİN rəsmisi bildirib.

Qeyd edək ki, NATO-ya məxsus gəmilərin Qara dənizdə Gürcüstan və Ukrayna sahil mühafizəsi və hərbi dəniz qüvvələri ilə birgə təlimlər keçirəcəyi barədə məlumatlar yayılmışdı.

Oxşar xəbərlər