İsmayıllıda ağır qəza - Ölənlər var

İsmayıllıda ağır qəza - Ölənlər var Qəza zamanı 3 nəfər hadisə yerində ölüb.

İsmayıllı rayonunda ağır yol qəzası baş verib.

Hadisə İsmayıllı-Lahıc-Dəmirçi yolunun 5-ci kilometrliyində, rayonun Əhən kəndi ərazisində baş verib.

Lahıcdan Şamaxı istiqamətində hərəkət edən BMW markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza zamanı 3 nəfər hadisə yerində ölüb. Daha 1 nəfər isə ağır xəsarətlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Faktaz.com

Oxşar xəbərlər