Bakının mərkəzində polis sahə müvəkkilinin gözü qarşısında fahişəxana fəaliyyət göstərir!!! - VİDEO - REAL TV

Bakının mərkəzində polis sahə müvəkkilinin gözü qarşısında fahişəxana fəaliyyət göstərir!!! - VİDEO - REAL TV İnsan alveri, qanunsuz olaraq fəaliyyət göstərən fahişəxanalar bu gün Azərbaycan da daxil olmaqla, bir sıra ölkələri narahat edən əsas problemlərdən biridir. Bu, elə bir bəladır ki, narkotik və silah ticarətindən də ağır fəsadlara, məsələn, genefonun məhvinə, yoluxucu xəstəliklərə, gənc nəslin mənəviyyatının pozulmasına, fahişəliyin geniş vüsət almasına səbəb olur. Heç kimə sirr deyil ki, insan alverinin ən çox yayılmış növü məhz qadın ticarətidir. Əfsuslar olsun ki, hazırda paytaxt Bakıda fəaliyyət göstərən bəzi obyektlərdə yüngül həyat tərzi keçirən qadınların satışını təşkil etməklə külli miqdarda gəlir əldə edirlər.

Bu barədə çox yazmışıq, hətta müvafiq qurumlar tərəfindən məsələylə bağlı müəyyən addımlar da atılmışdı. Amma görünür ki, bu tədbirlərin bir nəticəsi olmayıb. Söhbət Bakıda fəaliyyət göstərən və əxlaqsızlıq yuvasına çevrilən məkanlardan gedir... Bakının Nobel prospektində yerləşən “LİON” restoranı kimi tanınan həmin məkan “Fahişəxana”ya çevrilib. Maraqlıdır, görəsən, orada “LİON” adına uyğun gələn nələr var?
Elə bu “LİON”un sorağı ilə həmkarımla bir taksiyə əyləşib həmin ünvana yollandıq. Bu məkan istiqaməti kimi tanınan yolun üstündə yerləşir. Axşam saat 9-dur. Restoranın qarşısı müxtəlif markalı bahalı avtomobillərlə doludur. Biz gözlə, müşahidə aparmaq üçün, burda nələrin baş verdiyini dəqiqləşdirməkdən ötrü "LİON" kimi tanınan məkana daxil olduq.

Müşahidələrimiz davam edir.

20 qadını kafedə yarıçılpaq geyimdə görürük. Laqqırtı vuran qadınlar... Siqaret tüstüsü, qəribə qoxular... Sərxoş müştərilər... Bir birinə qarışan gülüş səsləri...Antisanitariya... Və bayağı musiqi... Buranın ümumi mənzərəsini qısaca belə təsəvvür etmək olar. İçəri keçib stollardan birinin arxasında əyləşirik. Masamıza yaxınlaşan cavan qadın yerli ləhcə ilə nə içəcəyimizi soruşur. Biz isə pivə sifariş edirik. Ofisiant qadın sifarişimizi yerinə yetirəndən sonra hesabı qabaqcadan istəyir. Pulu çıxardıb dərhal verirəm, təbii ki, qəbzdən söhbət belə gedə bilməz. Kənarda sobanın qarşısında toplaşan 20-yə yaxın qadın var. İş yenicə başlayırmış. Hamısı bu deyilmiş, müşahidə edirik ki, ardı gəlməkdədir. Ara-sıra qızlarla çölə çıxıb qayıdan müştərilər də gözümüzdən yayınmır. Təxminən 25-35 yaşlarında xanımlar bura toplaşıb. Qadınlardan biri dostuma diqqətlə baxır və yaxınlaşır.
Həmkarım təklif edir ki, qızlardan birini stola dəvət edək. Belə də edirik. Özümüzü müştəri kimi təqdim edib bir xanımı stolumuza dəvət edirik. Yanımıza dəvət etdiyimiz qızın adı Aygün (yəqin ki, öz adı deyil). Şərtlərlə maraqlanırıq. Məlum olur ki, 30 dəqiqəlik intim xidmət müştəriyə 30 AZN-ə başa gəlir. Bunun 15 AZN-i intim münasibətə, 15 AZN-i isə otağa görə "LİON"-u idarə edən ŞƏFİQƏ adlı qadına çatır.
Özünü Aygün adı ilə təqdim edən qadın Bakı gecələrinin ən adi fahişələrdən biridir. Bu sahədə “VİP” statusu olmayan, bahalı maşınlarda gəzməyən, müştərilərini beş ulduzlu otellərdə qarşılamayan, harda gəldi, necə gəldi ehtiraslarını söndürmək istəyən və çox da imkanlı olmayan kişiləri yola verən adi fahişə.

İlk baxışdan çox utancaq bir siması var. Ancaq danışanda ifadələrinin arasında utancaq cizgiləri itib batır. Əslində o cizgilər fahişəlik yollarında onun üzünə hopmuş tozdan, dumandan öz ifadəsini itirib. Bəlkə də iraədəsizlik, qətiyyətsizlik boğub bu utancaqlığı. Nə isə...
Aygündən xahiş edirəm ki, bir az keçmişə qayıtsın, hələ simasında utancaqlıq cizgilərinin parlaq olduğu illərdən danışsın. Bu an “Sobranıe” qutusunu cıxardıb siqaret yandırır və söhbətə başlayır:

- Nə var idi elə keçmişdə qaldı. Xəyallar da, istəklər də.

Ailəmizin vəziyyəti o qədər də yaxşı deyildi. Yəni qazanc baxımından. Ancaq sən saydığını say, gör fələk nə sayacaq. Aygünlə söhbətdən məlum olur ki, ilk dəfə bu yola 2003 - 2004- cü ildə uşaqlarına baxmaqdan ötrü məcburiyət qarşısında qalaraq iş axtarmaqa başlayıb. Belə ki, qapı-qapı gəzib iş axtarmaqa başlayıb. Bir neçə axtarışdan sonra özünə iş tapa bilib. İşə qəbul ediblər onu. İşlədiyi yerin rəhbərinə deyib ki, mən uşaqlı anayam. Bütün günü burada ola bilməyəyini deyib. Oda deyib ki, heç olmasa gün ərzində iki dəfə üç dəfə gəlib gedə bilərsənmi? Beləliklə, bu “ağsaqqal” öz əllilikləri ilə Aygünü yoldan çıxardıb.

Aygünün dili ilə desək bir də onda ayıldım ki, “əllilik ağsaqqal”ın qucağındayam. Bu mənim fahişəlik həyatımın ilk sakini idi.

Maaşımdan əlavə olaraq 50 manat verirdi hər ay. həm onunla əlaqəyə girirdim həmdə işləyirdim orada. Bir müddət keçəndən sonra gördüm ki, mənə sərf etmir iş yerim. Həm onunla cinsi əlaqəyə girməliyəm həm də uşaqlarıma vaxt ayırmalıyam. Artıq onunla aramızda olan cinsi əlaqə hər gün adət halına düşmüşdü. Hiss edirdim ki, bir az da davam etsə, məndən çox şey tələb edəcək. Gedib özümə başqa iş tapım.
Nə başını ağrıdım,beləlilkə çıxdım oradan gedib özümə başqa iş tapa bildim. yenicə düzəldiyim iş yerinin müdrü cuhud idi. Balaca boy, yaşlı kişi idi. Məni boğaza yığmışdı. deyirdi ki, hər gün gəl işləməyə. evdə qalan günüm olmurdu ki, uşaqlarımla məşğul olum. Heç olmasa onlara ana qayğısı göstərim. Canımı boğazıma yığmışdı. Gözüm heç su içmirdi o cuhuddan. Məcbur olub onun iyrənc hərəkətlərinə görə işdən çıxdım. İşsiz qaldım. Çox düşündüm nə edim? Necə edim? Axı evdə körpələrim var. Onlara baxmalıyam. Qonşumuzda Ordubadlı bir yaşlı qadın var idi. Ona dərdimi dedim. O mənə dedi ki, gözəl göyçək gəlinsən. Gəl səni adam var onunla tanış edim pulunu qazan. Beləki Qara adlı bir kişi var idi Qaraçuxurdan onunla məni görüşdürdü. Həmin Qara məni apardı Razinə bir məclisə. Oturmuşduq orada bir kişi var idi onunla tanış oldum məni apardı özü ilə. Biz cinsi əlaqədə olduqdan sonra o məndən daraq istədi saçını daramaqa. Mən ona daraqımı verdim. Amma, daraqımın dişləri qırılmışdı. Pulumda yox idi ki, özümə daraq alım. O. daraqa baxdı dedi ki, bu nə daraqdır verirsən mənə. Sən kasıbmı yaşayırsan? Dedim ki, imkanım budur. Uşaqlarımı dolandıra bilmirəm. Beləliklə kişi o gündən öyrəşdi mənə. Bu kişi böyük bir vəzifədə çalışırdı (əziz oxucular bu vəzifəli şəxsin adını və işlədiyi yerin adını biz bilsəkdə açıqlaya bilmərik). Beləliklə mən bu vəzifəli şəxslə tanış olduqum müddət ərzində bir Hacı adlı prarav mənimlə tanış oldu təsadüfən. Bu Hacı mənə dedi ki, həyat yoldaşım xəstədir. Mənə yalvardı ki, gəl ona arada bir dəy qoy yaddaşı düzəlsin. Həyat yoldaşımın yaddaş problemi var. Beləliklə bir müddətdən sonra mən bu Hacı ilə cinsi əlaqədə oldum. Bu Hacı mənə telefon nömrə aldı ki, işlədim. Amma, mənim işlətdiyim telefon nömrəm var idi. O nömrəni mənə həmin vəzifəli şəxs almışdı. Bu Hacı mənə nömrə alandan sonra mənə vəzifəli şəxs zəng edə bilmirdi. Adamın başının üstündə Allah var amma, o mənə evə kimi alıb vermişdi. Bir gün mənə zəng çatmadıqını görən vəzifəli şəxs hansı ki, mənə ev eşiklə təmin etmişdi qızımın işlətdiyi nömrəyə zəng edib deyib ki, maman haradadır? Niyə onun mobil nömrəsinə zəng çatmır? Qızımda deyib ki, mama təzə nömrə işlədir. Qızım bunu mənə dedi. Mən dərhal onun mənə aldıqı evi satmalı oldum. Düşündüm ki, təcili olaraq evimi və unvanımı dəyişməliyəm. Beləliklə onunla bir dəfə üz üzə gəldim. Oda belə oldu ki, məni axtarıb tapdı. Mənə dedi ki, sən məndən istifadə etdiyin üçün səni boş buraxmazdım. Mənim qarşımı kəsən sənin südəməır körpən olduğu üçün sənə dəymirəm. Çalış birdə gözümə dəymə mənim. Nə etmişəmsə sənin üçün hamısı halal xoşun olsun. Beləliklə qorxudan bir müddət Tükiyəyə gedəsi oldum. O vaxtdan bu vaxta hər ay bir dəfə Azərbaycana gəlirəm. Sonrakı taleyimi Türkiyəyə bağladım. Düzdür əlimdə çox şanslarım olub. Bu gün çox təəsüflənirəm ki, kaşki bu yola düşməyəydim. Kasıb həyat yaşayırdım. Həyat üzümə güldü bir neçə dəfə. Evim oldu, pulum oldu, uşaqlarımın yeməyini alan oldu. Amma mən mənə dəyər verən insanın mənim üçün hər şey edən, mənim nazımı çəkən, mənim uşaqlarımın yeməyini alan, məni kasıblıqdan qurtaran birinə dəyər verə bilmədim. Bu gün bunun peşmançılıqını çox çəkirəm. 5 övlad sahibi olduğunu deyən Aygün əlacsızlıqdan bu yola düşdüyünü deyir. Aygündən onu da öyrənirik ki, bura təhlükəsiz yerdir. Deyir ki, bu məkanın havadarı çox varlı-karlı insandır. Aygünün dediyinə görə kafe saat 8-dən gecə 4-ə kimi işləyir. Bura da gördüklərimiz və Aygünlə söhbətimiz bizə kifayət edir. Aygün danışdıqca gah gülümsəyir, gah da kədərli görünür. Hiss edirsən ki, həyatı da danışığı kimi səhrada azmış bir insanın itmiş yolları kimidir. Siqareti bir-birinə calayır. Tez-tez telefonuna baxır. Bəlkə də növbəti müştərisindən zəng gözləyir. Bəlkə də işdə olduğunu zənn edən övladının səsini eşitmək arzusundadır. Kim bilir, bu da onun həyatıdır. Adi fahişə həyatı... Bu yazı Aygünün alın yazısıdır, o oxumasa da olar. Qoy başqaları oxusun.

Orada olduğumuz müddətdə video çəkməyə çalışdıq. Ətrafdakıların diqqətini özümüzə çəkməməyimiz üçün çəkilən video o qədər də keyfiyyətli alınmayıb. Beləcə oradan ayrılırıq və bizi çöldə gözləyən taksiyə minib mənzilbaşına çatırıq. Bakı şəhəri sakitcə gecə yuxusuna gedib. Əksər mənzillərin işıqları sönülü olsa da, pəncərələr arxasında həyatın olması bəllidir. Biz gördüklərimizi hüquq-mühafizə orqanları da görsə, yaxşı olar. Bir sözlə, əcaib dövrdə yaşayırıq. "Vaxtaşırı olaraq dövrü mətbuatda «əxlaqıszlıq yuvaları» nın aşkar edildiyi, qeyri-qanuni fahişəxanalar təşkil edən şəxslər cəzalandırılsa cinsi xəstəliklərin geniş yayılmasının qarşısını ala bilərik". Haqqında bol-bol, özü də yerli-yersiz boşboğazlıq etdiyimiz milli mentalitet adlanan ənənəvi etik dəyərlər sistemi əslində bir küncə atılıb. Ağaya sədaqətin nümayişi hər şeydən önəmlidir, vacibdir. Hətta əxlaqsızlıq üçün utanc hissindən belə. Bir çoxları hətta böyük şərəf və fərəhlə əxlaqsızlıqlarını topluma nümayiş etdirir.

Videodan məlumdur ki, "LİON" restaran adı altında fəaliyyət göstərən fahişəxananın sahibi kimi tanınan Şəfiqəyə niyə hüquq muhafizə orqanları nəzarət etmir. Xüsusilə qeyd edim ki, sözügedən fahişəxana ilə üz - üzə 37-ci polis bölməsinin polis sahə müvəkkili işləyir. Bəs həmin polis sahə müvəkkili kimlərə və nəyə nəzarət edir? Bu suala cavab tapmaq çox asandır. Video çəkilişdə deyildiyi kimi... Şəfiqə xanımı hamı tanıyır. Hamının tanıyırsa şübhəsiz ki, polis bölməsinin əməkdaşıda tanıyacaq. Amma, Şəfiqə xanımı 37-ci polis bölməsinin rəisi və sözügedən əraziyə nəzarət edən polis sahə müvəkkili necə tanıyır? Biz buna cavab tapa bilmirik. Ümid edirik ki, bu ƏXLAQSIZ YUVASINA çevrilmiş "LİON" restaranı ilə bağlı Hüquq mühafizə orqanlarında çalışan 37-ci polis bölməsinin rəisi ciddi tədbir görəcək.

P. S. Çəkiliş imkanı olmadığından dəqiq effektlər alındıra bilməmişik. Amma ki, səs-küyün çoxluğundan sözügedən məkanda baş verənləri "LİON" restaran kimi deyil, restaran adı altında refahişəxana kimi fəaliyət göstərdiyini sizin nəzərinizə çatdırmaq üçün çəkilən videonu təqdim etdik.


Nəticələri irəliləyən araşdırmalarımızda təqdim edəcəyik. Ali Hakimiyyət orqanlarından və əlaqədar şəxslərdən isə araşdırmamıza yardımçı olmağı xahiş edirik. Məqalədə adları çəkilən şəxslərin də qarşı tərəf kimi münasibətlərini dinləməyə hazırıq....(təfərrüatı növbətı məqaləmizdə)

JURNALİST TƏHQİQATI APARILIR.

Nəticələri irəliləyən araşdırmalarımızda təqdim edəcəyik.

Problemin varlığını və eləcədə bütünlüklə bu məsələləri diqqətimizdə saxlayacağıq.

XƏBƏRİN ARDI VAR !!!

XƏBƏRİ HAZIRLADI ARAŞDIRMAÇI - JURNALİST EMİN HAQQ

REALNEWSİNFO.COM

Oxşar xəbərlər