DİN-də daha bir təyinat

DİN-də daha bir təyinat Salyan rayon Polis şöbəsi rəisinin əməliyyat üzrə müavini vəzifəsinə yeni təyinat olub.

Bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə İlqar Şabanov təyinat alıb. O, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Faiq Şabanovun qardaşıdır.

Qeyd edək ki, Salyan rayon Polis şöbəsi rəisinin əməliyyat üzrə keçmiş müavini Əbülfət Abdullayev İsmayıllı RPŞ-də eyni vəzifəyə təyin edilib.

Oxşar xəbərlər