Bakıda evdən iki qardaşın meyiti tapıldı

Bakıda evdən iki qardaşın meyiti tapıldı Ölən şəxslərin yanında şpris aşkar edilib

Bakıda evdən iki qardaşın meyiti tapılıb.

Hadisə paytaxtın Xətai rayonu, Babək prospekti 90, mənzil 25 ünvanında qeydə alınıb. Ötən gün axşam saat 20.21-də həmin ünvandan təcilli yardıma çağırış daxil olub. Daxil olan çağırış əsasında təcili tibbi yardım briqadası ünvana gedib və orada iki qardaşın - 40 yaşlı Yuri və 44 yaşlı Aleksandr Məhərrəmovların öldüyünü müəyyən ediblər. Hadisə barədə Xətai rayon Prokurorluğu məlumatlandırılıb.

Xətai rayon Prokurorluğundan bildirilib ki, daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub.

Ölən şəxslərin yanında şpris aşkar edilib. Ehtimal olunur ki, adıçəkilən şəxslər yüksək dozada narkotikin təsirindən dünyasını dəyişiblər.

Hazırda iki qardaşın ölüm səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar davam etdirilir.(ona.az)

Oxşar xəbərlər