Mağazadan iki min manatlıq geyim oğurlandı

Mağazadan iki min manatlıq geyim oğurlandı Sumqayıtda oğru təhlükəsizlik kamerasına düşüb.

Hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən mağazaların birində qeydə alınıb.

Şəhər Polis İdarəsindən bildirilib ki, ötən gecə N.Nərimanov küçəsində mağazaya girən naməlum şəxs oradan 2 min manatlıq geyim oğurlayıb. Bu zaman o, mağazanın təhlükəsizlik kamerasına da düşüb.

Hadisə ilə bağlı polis idarəsində araşdırma aparılır.(AZƏRTAC)

Oxşar xəbərlər