Gəncədə 26 yaşlı gənc bıçaqlandı

Gəncədə 26 yaşlı gənc bıçaqlandı Gəncədə 26 yaşlı oğlanbıçaqlanıb.

Faktaz.com xəbər verir ki, şəhər sakini, 1993-cü il təvəllüdlü Rabil Şahmar oğlu Əhmədov qarın və döş qəfəsindən bıçaq xəsarətləri alıb.

O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Cərrahiyə əməliyyatından sonra reanimasiya şöbəsində müalicəsi davam edən gəncin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Onun hansı şəraitdə bıçaq xəsarətləri aldığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər